La Liqa nəhəngi "Atletiko" futbolçusu Markos Lorente üçün fantastik məbləğ tələb etməyə davam edir.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Mançester Yunayted" 26 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Madrid təmsilçisi isə 120 milyon avro sərbəstqalma məbləği ödənilməsə, futbolçusunu satmaq və ya danışıqlara başlamaq fikrində deyil. 

Qeyd edək ki, "Atletiko" Lorenteni 2019-cu ildə 30 milyon avroya "Real"dan transfer edib. "Kral klubu"nun aşağı yaş qrupunda yetişən ispaniyalının La Liqanın hazırkı lideri ilə 3 illik müqaviləsi var.