Sequndanın bitməsinə 2 tur qalmış İspaniya La Liqasına yüksələn ilk klubun adı məlum olub.
Offsideplus.az xəbər verir ki, Sequndaya 40 turdan sonra 69 xalla liderlik edən “Kadiz” liderliyi təmin edib.
Klub rəsmi səhifələrindən foto paylaşaraq sevinclərini qeyd ediblər.

“Hueska” 64 xalla ikinci, “Saraqosa” 62 xalla üçüncüdür.
Qeyd edək ki, “Kadiz” sonuncu dəfə 2005-2006 mövsümündə La Liqada çıxış edib.


