Madrid "Atletiko"sundan ayrılan Xuanfranın yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını "San-Paulo"da davam etdirəcək. Bu barədə Braziliya təmsilçisinin saytı məlumat yayıb.Onunla 2020-ci ilin dekabrına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Xuanfran bu ilin yayında Madrid klubundan ayrılıb.