Joze Mourinyo "Real Madrid" rəhbərliyi ilə gələcək planları müzakirə edərək transfer siyahısını təqdim edib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis heyəti gücləndirmək və komandanın balansını qorumaq üçün rəhbərlikdən konkret mövqelərə oyunçu tələb edib.
Təcrübəli çalışdırıcının "Real Madrid" rəhbərliyinə təqdim etdiyi siyahıda komandanın çatışmayan cəhətlərini aradan qaldıracaq bu dörd mövqe yer alıb:
-
Ehtiyat sağ cinah müdafiəçisi: Əsas heyət oyunçusunu sığortalayacaq və rotasiyalarda etibarlı çıxış edəcək bir sağ müdafiəçi.
-
Sol cinah müdafiəçisi: Alvaro Karreras ilə ciddi rəqabətə girə biləcək, sol cinahı daha da canlandıracaq bir futbolçu.
-
Dominant mərkəz müdafiəçisi: Müdafiə xəttində liderliyi ələ alacaq, fiziki cəhətdən güclü və dominant bir mərkəz müdafiəçisi.
-
Yaradıcı yarımmüdafiəçi: Hücum xəttini bəsləyəcək, oyunun tempini diktə edəcək və meydanda yaradıcı ötürmələrlə fərqlənəcək bir pleymeyker.
Mourinyonun bu istəklərindən sonra "Real Madrid" skaut qrupunun yay transfer pəncərəsi üçün siyahıda göstərilən profillərə uyğun oyunçuların axtarışına başladığı bildirilir.


