"Real Madrid" klubu 2 itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, son zamanlarda komandanın aparıcı üzvlərindən birinə çevrilən Arda Güler zədə səbəbindən mövsümü başa vurub. O, zədələnib və DÇ-2026-da Türkiyə milli komandasına yardım edə bilmək üçün müalicə alacaq. 

"Kral klubu"nda sıradan çıxan digər futbolçu isə Eder Militaodur. Onun üçün də mövsüm demək olar ki, bitib və Braziliya millisinin heyətində Dünya Kubokunda iştirak üçün sağalmağa çalışacaq.