Keçmiş “Atletiko Madrid” və “Çelsi” müdafiəçisi, hazırda məşqçi karyerasına hazırlıq görən Filipe Luis gələcək planları barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, sual bu cür olub: “Özünüzü bir gün "Atletiko Madrid"in baş məşqçisi kimi görürsünüzmü?"
Filipe Luis cavabında deyib:
"Özümü addım-addım inkişaf etdirirəm. 2023-cü ildə futbolçu karyerasını başa vurduqdan sonra dayanmadım. Məşhur baş mışqçiləri ziyarət edirəm, onların məşqlərini izləyir və hər şeyi öyrənməyə çalışıram. Hazırda diqqətim işlədiyim və ya işləyəcəyim komandalara yox, yalnız özümü inkişaf etdirmək və müasir futbola uyğunlaşmaq üzərindədir."
Bu açıqlama Filipe Luisin məşqçilik karyerasına ciddi hazırlaşdığını göstərir. “Atletiko Madrid”də uzun illər kapitanlıq etmiş braziliyalı mütəxəssis təcrübəli məşqçilərdən bilik almaqla yanaşı, modern futbolun tələblərinə uyğunlaşmağa önəm verdiyini vurğulayıb.


