"Real Madrid" klubunda Kilian Mbappenin nə zaman qayıdacağı bəlli olub. 

Offsideplus.az xəbər verir ki, o, 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Fransalı hücumçunun vəziyyətinin ciddi olmadığı və onun "Etihad" Stadionunda "Mançester Siti"yə qarşı keçiriləcək cavab oyununa qədər tam hazır olacağı bildirilir.

Beləliklə, Mbappe ikinci oyunda komandasına kömək edə biləcək.