"Real Madrid"də zədəli olan Kilian Mbappenin durumu bəlli olub.
Offsideplus.az xəbər verir ki, Alvaro Arbeloa Kilian Mbappenin durumu ilə bağlı açıqlama verib:
“Qərar verdik ki, Mbappe yalnız 100% hazır, tam sağalmış və ağrısız vəziyyətdə olanda geri qayıdacaq.”
Arbeloa bildirib ki, bəzi hallarda futbolçu məşqlərdə ağrı hiss etsə də, yenə də oynadılıb:
“Bəzən Mbappe məşqlərdə ağrı hiss edirdi, amma biz yenə də onu oynatmağa qərar vermişdik.”
Lakin son vəziyyət fərqli olub:
“Dünən o, ağrılara görə məşqi erkən tərk etdi. Onunla və həkimlərlə danışdıq və qərara gəldik ki, ağrı davam etdiyi müddətdə oynamamalıdır.”
Arbeloa əlavə edib ki, futbolçunun dizindəki problemin nə olduğu klub tərəfindən dəqiq bilinir, lakin bu məlumat məxfi saxlanılır:
“Mbappenin dizində problemin nə olduğunu dəqiq bilirik, amma bu məlumat özəldir. O, lazım olan qədər meydanlardan uzaq qalacaq.”


