"Barselona" La Liqanın ulduzunu 70 milyona transfer etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Xulian Alvares Dünya Çempionatından sonra “Barselona”da çıxış edə bilər. Argentinalı hücumçunun transfer dəyərinin təxminən 70 milyon avro civarında olacağı bildirilir.
Futbolçunun “Atletiko Madrid”dəki dönəmi başa çatmış hesab olunur. Alvares daha güclü komandaya qoşulmaq və daha çox titul qazanmaq istədiyini açıq şəkildə bildirib.
Qeyd edək ki, onunla “Arsenal” da maraqlanır, lakin futbolçunun əsas hədəfinin “Barselona” olduğu vurğulanır.


