“Atletiko Madrid”in prezidenti Enrike Sereso və klubun digər rəhbər şəxsləri baş məşqçi Dieqo Simeoneyə əsas diqqəti “Barselona” ilə keçiriləcək cavab oyununa və ardınca Kral Kubokunu qazanmağa yönəltməyi tapşırıb.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi anlayır ki, La Liqa titul mübarizəsi onlar üçün artıq bitib, Çempionlar Liqası isə zəmanətli deyil.
Son 5 ildə ilk dəfə “Atletiko Madrid” daxilində kuboka bu qədər yaxın olduqları hiss olunur.
Bildirilir ki, 3 martda “Barselona”ya qarşı keçiriləcək cavab oyununa qədər bəzi əsas futbolçular dincəldiləcək və rotasiya tətbiq olunacaq.



