“Atletiko Madrid”in qapıçısı Yan Oblak “Rayo Valyekano”ya 0:3 hesablı məğlubiyyətdən sonra sərt açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, Sloveniya millisinin qapıçısı komandanın çıxışını kəskin tənqid edib.

Oblak bildirib ki, “Atletiko” çempionluq mübarizəsini faktiki olaraq özü əldən verib:

“Biz La Liqanı sanki özümüz öz əlimizlə kənara atdıq. Bu cür oyunlarla davam edə bilmərik. Məğlubiyyəti tam olaraq haqq etdik.”

Qeyd edək ki, bu nəticə Madrid klubunun çempionatdakı mövqeyinə ciddi zərbə vurub və komandanın titul şanslarını xeyli azaldıb.