Enso Fernandes “Real Madrid”ə keçmək istədiyini klub rəhbərliyinin diqqətinə çatdırıb.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçinin “Çelsi”dən və Londondan ayrılmağa açıq olduğu bildirilir.

Madrid klubunda oynamaq Enso üçün şəxsi arzudur və argentinalı futbolçu artıq bu istəyini İspaniya nəhənginə açıq şəkildə ötürüb.