“Real Madrid” rəhbərliyi baş məşqçi Alvaro Arbeloaya gələcəyi ilə bağlı mövqeyini çatdırıb.

Offsideplus.az xəbər verir ki, əgər Arbeloa bu mövsüm komanda ilə titullar qazanarsa və futbolçularla güclü əlaqə qurmağı bacararsa, o, növbəti mövsümdə də “Kral klubu”nun baş məşqçisi postunda olacaq.

Əks halda isə paytaxt təmsilçisi yayda yeni baş məşqçi axtarışına çıxacaq. Klub rəhbərliyi mövsümün nəticələrini və komanda daxilindəki ab-havanı əsas meyar kimi qiymətləndirəcək.