“Barselona” klubu bu ay “Mançester Yunayted” rəhbərliyi ilə Markus Reşfordun daimi transferi ilə bağlı görüş keçirib.

Offsideplus.az xəbər verir ki, katalon klubu ingilis hücumçunun transfer imkanlarını araşdırıb.

Bildirilir ki, “Barselona” 30 milyon avroluq satınalma opsiyasını aktivləşdirməyə isti baxmır. Klub bu məbləğin aşağı salınmasını istəyib və eyni zamanda satınalma öhdəliyi ilə ikinci icarə variantını da müzakirə mövzusuna çıxarıb.

“Barselona” rəhbərliyi maliyyə vəziyyətini nəzərə alaraq transferi daha sərfəli şərtlərlə reallaşdırmağa çalışır.