“Barselona” klubu bu yay Bernardo Silvanı heyətinə qatmaq variantını ciddi şəkildə nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, məlumata görə, portuqaliyalı yarımmüdafiəçi mövsümün sonunda azad agent statusu əldə edə bilər.
Bildirilir ki, Bernardo Silvanın “Barselona”ya qarşı xüsusi rəğbəti var və bu amil mümkün transferdə katalon klubunun xeyrinə rol oynaya bilər.
Hazırda futbolçu “Mançester Siti”nin əsas heyət üzvlərindən biri olaraq qalır, lakin klubla gələcəyi hələlik tam dəqiqləşməyib.



