Joau Kanselu yenidən "Barselona"ya qayıdıb.

Offsideplus.az xəbər verir ki, katalon klubu portuqaliyalı futbolçu cari mövsümün sonunadək "Əl-Hilal"dan icarəyə götürüb.

Bu barədə "blauqrana"nın rəsmi saytı məlumat yayıb.

Kanselu daha əvvəl də "Barselona"da çıxış edib. O, 2023/24 mövsümünü burada keçirib.

Portuqaliyalı ilyarımlıq "Əl-Hilal" karyerasında 45 oyuna çıxıb, 3 qol vurub və 14 məhsuldar ötürməyə imza atıb.