"Real Madrid" ötən gün baş məşqçisi Xabi Alonso ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, onun gedişində bəzi futbolçular da rol oynayıb.
Bu barədə "Fichajes" portalı məlumat yayıb.
Əsas problemlə Vinisius Juniorla yaşanıb. Braziliyalı futbolçu ilə 44 yaşlı mütəxəssis arasında anlaşılmazlıqlar olub. Erkən əvəzetmələr Vinisius qəzəbləndirirdi.
Federiko Valverde isə istəmədiyi mövqedə çıxış etdiyi üçün baş məşqçi ilə problemlər yaşayıb.
Cud Bellinqem də məşqçilər heyətini məyus edib. O, ispaniyalı mütəxəssisin ümidlərini doğrultmayıb.
Qeyd edək ki, X. Alonsonun "Real Madrid" karyerası cəmi 7 ay çəkib.



