UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zirə" - "Omoniya" matçı öncəsi mətbuat konfransı baş tutub.

Offsideplus.az xəbər verir ki, Kipr təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas sabah saat 20:00-da başlayacaq oyunla bağlı fikirlərini bölüşüb.

"Burda olmaqdan məmnunuq. Qonaqpərvərliyə görə təşəkkürlər, çox yüksək səviyyədədir. Sabah bizi maraqlı oyun gözləyir. Adətən ikinci oyun birincidən fərqli olur. Rəqiblər bir-birini tanıyır. Rəqib yeni həll yolları tapmaq istəyəcək. Sabahkı oyunu ən yaxşı şəkildə oynamağa və nəticə qazanmağa çalışacağıq".