UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zirə" - "Omoniya" matçı öncəsi mətbuat konfransı baş tutub.

Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov sabah saat 20:00-da başlayacaq oyunla bağlı fikirlərini bölüşüb.

"Birinci oyundan böyükhesablı məğlubiyyətimiz var. Fərqli atmosferdə oyuna hazırlaşmaq istərdik. Təbii olaraq məyusuq. Sabahkı oyunda əlimizdən gələni edəcəyik. Qələbə çətin olacaq. Avrokubok oyunlarımız uğurlu oldu, son nəticəyə qədər. Sabah komandadan əzmkar oyun gözləyirəm".