Dünən "Sabah" öz evində "Sent-Patriks"i qəbul etdi və həlledici matçda 0:1 hesabı ilə məğlub oldu (ümumi nəticə: 0:2).

Bu nəticə ilə "bayquşlar" Konfrans Liqasında mübarizəni başa vurdu. Məğlubiyyətin səbəblərini və qarşıdakı planları müzakirə etmək üçün Elxan Abdullayevə müraciət etdik. Mütəxəssis Offsideplus.az-a ve açıqlamasında bunları söylədi:

"Sabah"ın uduzmağının səbəbi qırmızı vərəqə oldu. Hər iki oyunda eyni prosesin baş verməsi, komandanın azlıqda qalması işi çətinləşdirdi.

Əminəm ki, 11 nəfərlə oynasaydıq, bu oyunda qələbə qazana bilərdik. Adi vəziyyətdə komandanı zərbə altında qoymaq düzgün deyil.

Əsas səbəb qırmızı vərəqənin alınmasıdır. Düzdür, azlıqda olan komandalar da qələbə qazanıb. Amma "Sabah" rəqibdən o qədər üstün deyildi ki, 10 nəfərlə onlara qarşı oynasın. Bu səbəbdən də "Sabah" mübarizəni dayandırdı".