Konfrans Liqasında "Osiyek"i məğlub edən "Zirə" pley-off mərhələsinə yüksəlib.

Offsideplus.az xəbər verir ki, rəqibin baş məşqçisi Federiko Kopitelli oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

"Zirə" çox yaxşı komandadır. Avropa Liqasının təsnifat mərhələsindən bura gəlmişdilər. Bunu bilirdik. Məğlubiyyətə səbəb ilk qol ola bilərdi. Komandamız zəif oynadı və uduzdu. Ümumilikdə bəxtimiz gətirmədi, zədəlilərimiz də vardı".