Xəbər verdiyimiz kimi, dünən UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ"la İsveçrə "Bazel"i arasında keçirilən matçdan (0:0) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə baş tutan mətbuat konfransı zamanı masadan "Heineken" pivələri yığışdırılıb.
Offsideplus.az bunun "Qarabağ" klubuna hər hansı problem yaradıb-yaratmayacağı ilə bağlı UEFA-ya sual ünvanlayıb. Avropanın 1 nömrəli futbol qurumundan redaksiyamıza daxil olan məktubda bu tip hallarla bağlı heç bir problemin olmadığı vurğulanıb:
"Əziz Offsideplus.az,
Məlumat üçün bildirmək istərdik ki, mətbuat konfransları zamanı masaya yalnız alkoqolsuz pivə qoyulur.
Oyunçular və ya məşqçilər dini inanclarına görə hər hansı bir etiraz edərsə, əlbəttə ki, butulkalar heç bir problem olmadan çıxarıla bilər".
Videogörüntülər "Report" İnformasiya Agentliyinə məxsusdur.