UEFA Konfrans Liqasının III təsnifat mərhələsi üzrə "Araz-Naxçıvan" - "Omoniya" oyunundan sonra qonaq komandanın baş məşçqisi Henninq Berq mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, norveçli mütəxəssis 4:0 hesablı qələbəni şərh edib:

"4 qol vurduğumuz üçün çox şadıq. Qol buraxmadıq. Komandamız bu nəticədən sonra yaxşı vəziyyətdə olsa da, evdə də görüləsi işlərimiz var. Müdafiəyə ehtiyac olduqda işimizi gördük. Performansımızdan çox razı qaldıq. Ot örtüyünün vəziyyəti çətinlik yaratdı, oynamaq çətin idi. Bu, hər iki tərəfə problem yaratdı. Lakin qol vurduq, yaxşı çıxış etdik". 

H.Berq "Qarabağ" və "Araz-Naxçıvan" klublarını müqayisə edib: 

"Qarabağ"la illər öncə oynadıq, evdə qələbə qazanılmışdı, səfərdə heç-heçə qeydə alınmışdı. Həmin vaxtlarda "Qarabağ" avrokuboklarda təcrübəli idi. "Araz-Naxçıvan" və "Qarabağ" arasındakı fərq budur. Yeni qurulan komandadır. "Araz-Naxçıvan"ın yaxşı futbolçuları var, "Aris"i məğlub etmişdilər. Onların "Aris" ilə oyunu məndə dərin təəssürat buraxmışdı. Biz bu gün həm qol vurduq, həm də müdafiə olunduq".

Qeyd edək ki, "Araz-Naxçıvan" və "Omoniya" arasında cavab oyunu bir həftə sonra Kiprdə baş tutacaq.