UEFA Konfrans Liqasının III təsnifat mərhələsi üzrə keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" oyunundan öncə qonaq komandanın baş məşçqisi jurnalistlər önünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, Henninq Berq mətbuat konfransında sabahkı oyunla bağlı fikirlərini bölüşüb: 

"Sabahkı oyunu səbirsizliklə gözləyirik. Biz "Torpedo"ya qarşı yaxşı çıxış etdik. "Araz-Naxçıvan" "Aris" ilə çox yaxşı oynadı. Həm səfərdə, həm də evdə. Komanda oyunu yaxşı idi, keyfiyyətli oyunçuları vardı. Enerjili komandadır, bu vacib amillər "Araz-Naxçıvan"ın mərhələ adlamasına gətirib çıxardı. Rəqib çox yaxşı komandadır. Biz sabahkı oyuna hazır olmalıyıq. Hədəfimiz qələbə qazanmaqdır. Məncə, favoritin hansı komandanın olması önəm kəsb etmir. Bizi iki çətin oyun gözləyir".

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" oyunu avqustun 7-si saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.