Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” 3 yoxlama oyunu keçirəcək.
Offsideplus.az xəbər verir ki, Yunanıstan təmsilçisi iyulun 3-də Şotlandiyanın "Livinqston", iyulun 5-də Belçikanın “Anderlext” və iyulun 9-da Niderlandın "Alkmaar" komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Aris" matçı iyulun 24-də Bakıda, cavab matçı isə bir həftə sonra Salonikidə baş tutacaq.