UEFA AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədovu "Beşiktaş"ın oyununa təyin edib.

Offsideplus.az xəbər verir ki, o, UEFA-nın Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Beşiktaş” (Türkiyə) – “Brugge” (Belçika) matçında UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qeyd edək ki, matç noyabrın 30-da Türkiyənin İstanbul şəhərindəki Beşiktaş Park stadionunda keçiriləcək.