"Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin "Makkabi" klubu ilə cavab görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, Təl-Əviv təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 21:30-da başlayıb. Oyun qolsuz başa çatıb.
"Zirə" iki oyunun nəticəsinə görə İsrail klubuna uduzub və mübarizəni dayandırıb.
Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab matçı
28 iyul
21:30. "Makkabi" (Təl-Əviv, İsrail) - "Zirə" (Azərbaycan) 0:0
Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya)
Təl-Əviv, "Blumfild" stadionu
İlk matç - 3:0



