Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah" avqustun 15-də "Sent-Patriks"lə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, İrlandiya təmsilçisi bu gün axşam saatlarında ölkəmizə təşrif buyuracaq. Rəqib paytaxtın məşhur hotellərindən olan "Hilton"da məskunlaşacaq.

Qeyd edək ki, "Sent-Patriks" doğma meydanda "Sabah"ı 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı.