UEFA Çempionlar Liqasında "Napoli" ilə qarşılaşacaq "Barselona"nın oyunçuları İtaliyada koronavirusa görə testdən keçəcəklər.

Offsideplus.az xəbər verir ki, ÇL-nın 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində fevralın 25-ində "Napoli" "Barselona"nı qəbul edəcək.  Katalon klubunun futbolçuları İtaliyaya girmədən əvvəl test yoxlanışından keçəcəklər.
Keçən həftə 4 A Seriyası matçı virusa görə təxirə salınıb.
Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 150-ni ötüb, onlardan 4-ü dünyasını dəyişib.