Dünən Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Ştrum" (Avstriya) - "Brügge" (Belçika) ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunu FİFA referisi Əliyar Ağayev idarə edib. Qarşılaşma ərzində həmyerlimiz meydan sahiblərinin 5, qonaqların isə 1 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, "Verterze" stadionunda keçirilən matçda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirib.