II Liqanın bombardiri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 2023-cü ildən bərpa edilən çempionatda Cavid İmamverdiyev 65 qolla bütün rəqiblərini qabaqlayıb.
O, bu qolları üç fərqli klubda – “Kür-Araz”, “Quba” və “Sheki City”də vurub.
Tural Qurbatov (“Şahdağ Qusar” və “Xankəndi”) siyahıda ikincidir - 57.
Üçüncü yerdə Elvin Nəsibov var. Elvin ilk iki yerdən fərqli olaraq bu qolları iki mövsümə vurub - 51.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində bu turnir ikinci dəstə adlanıb və siyahıda nəzərə alınmayıb.
II Liqada 20 və daha çox qol vuranlar
1. Cavid İmamverdiyev - 65
2. Tural Qurbatov – 57
3. Elvin Nəsibov - 51
4. Vidadi Cəfərov – 49
5. Elxan Məmmədov – 36
6. Elariz Xəlilli – 32
7. Famil Camalov – 30
8-9. Valeh Seyidov – 27
Tofiq Nəsibov – 27
10. Amil Yunanov – 26
11. Ramazan Abbasov – 24
12-13. Vüqar Əşrəfli – 23
Röyal Nəcəfov – 23
14. Ülvi Quliyev - 21



