Peşəkar Futbol Liqası Azərbaycan 2-ci liqasında mübarizə aparacaq klublara dəstək olacaq.

Offsideplus.az xəbər verir ki, aşağı liqa klublarının maddi-texniki bazasına dəstək məqsədilə Peşəkar Futbol Liqası hər bir kluba 2025–2026-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək. Yeni mövsümdə 2-ci liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridir.