Azərbaycan II Liqasında yeni mövsümdə iştirak edəcək klubların sayı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, çempionatda 12 komanda daha yüksək liqaya qalxmaq üçün mübarizə aparacaq.

“Qusar” komandası rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/26-cı il futbol mövsümündə iştirakını təsdiqləmədiyinə görə II Liqada mübarizə apara bilməyəcəklər. Onları ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” komandası əvəzləyəcək.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

2025/26 mövsümü II Liqada turnir 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət altılıq sistemində yarışacaqlar.

Məlumat üçün bildirək ki, II Liqa üçün nəzərdə tutulmuş maliyyə 12 klub arasında bərabər bölünəcək.

Qeyd edək ki, II Liqada yeni mövsüm 6 sentyabr tarixində başlayacaq.