Futbol üzrə II Liqada mübarizə aparan "Şəmkir" klubunda növbəti mövsüm üçün seçimlər olacaq.

Offsideplus.az xəbər verir ki, bununla bağlı komandanın baş məşqçisi Vüqar Nadirov öz sosial media səhifəsində paylaşım edib.

Vaxtilə "Qarabağ", "Xəzər-Lənkəran" klublarında, həmçinin Azərbaycan milli komandasında oynamış Nadirov elanda qeyri-peşəkar sözlərdən istifadə edib:

"Şəmkir" 2025/2026 mövsümü üçün "Şəfa" stadionunda 3 günlük seçimlər edəcək. Seçimlərdə iştirak etmək istəyənlər əlaqə saxlasınlar. 

Qeyd: artıq çəkisi olanlar, eləcə də əyləncə məqsədilə gələnlər narahat etməsinlər".

Onu da əlavə edək ki, "Şəmkir" ötən mövsüm II Liqada 5-ci yeri tutub.