AFFA Region Liqasında 2-ci yeri tutan "Şirvan" II Liqaya yüksəlib.

Offsideplus.az xəbər verir ki, Şirvan təmsilçisi bu gün "ASCO Arena"da I Liqada 13-cü pillənin sahibi qismində pley-offda oynayan "Lerik"lə qarşılaşıb.

II Liqada yerini qorumağa çalışan leriklilər birinci hissədə böyük üstünlük qazanaraq 2 qol vurublar. Yalnız fasilə ərəfəsində "Şirvan" hesab arasındakı fərqi azaldıb.

İkinci hissədə təşəbbüsə yiyələnən şirvanlılar qol fürsətlərini sağa-sola xərclədikləri bir vaxtda görüşün baş hakimi, FIFA referisi Əliyar Ağayev "Lerik"in lehinə penalti təyin edib. Ancaq Cənub komandası bu imkandan yararlana bilməyib.

"Şirvan" matçın əsas vaxtının son saniyələrində Elcan Rəsulovun dəqiq baş zərbəsi sayəsində oyunu əlavə vaxta daşıyıb.

Əlavə vaxtda isə psixoloji üstünlüyü hesabda əks etdirmək çətin olmayıb.

Beləliklə, möhtəşəm geridönüş edən "Şirvan" 2025/2026 mövsümündə II Liqada iştirak hüququna yiyələnib.

II Liqaya vəsiqə uğrunda pley-off

"Lerik" - "Şirvan" 2:3 (əsas vaxt 2:2, əlavə vaxt 0:1)

Zaur Nuruzadə, 21; Penci Ağazadə, 45 - Nurlan İsayev, 45+2; Elcan Rəsulov, 90+7; Elgün Xəlilov 95