Futbol üzrə Azərbaycan II Liqasının qalibi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, "Şahdağ Qusar" XXVI turda "Dinamo" ilə 0:0 hesablı heç-heçə edərək, çempion olub. Qusarlılar turnir cədvəlində "Şəfa"nı 1 xalla geridə qoyub və II Liqanın qalibi olub. "Şimal" isə 58 xalla üçüncü, "Hypers Quba" isə 51 xalla dördüncü pilləni tutub. 

Qeyd edək ki, cari mövsümdə I Liqada sonuncu yeri tutmuş klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutmuş komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək.