Azərbaycan II Liqasında “Ayın qolu” layihəsinin ilk qalibi olan “Dinamo” klubunun futbolçusu Valeh Seyidov mükafatlandırılıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VII turun “Dinamo” – “Saatlı-Araz” görüşündən əvvəl PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.