İspaniya La Liqasında XXIX tura start verilib.

Offsideplus.az xəbər verir ki, açılış qarşılaşmasında "Levante"nin qonağı olan "Sevilya" qələbə hesabını son dəqiqələrdə buraxdığı qolla əldən verib. Əndəlüs klubu 51 xalla ilk iki pillədəki komandadan bir qədər aralı düşüb.

Qeyd edək ki, ilk pillədəki "Barselona"nın 61, "Real"ın 59 xalı var.

İspaniya La Liqası
XXIX tur
15 iyun
"Levante" - "Sevilya" - 1:1

Dieqo Karlos, 87 (avtoqol) - Luk de Yonq, 46