Azərbaycan karateçisi İrina Zaretska dünya çempionatında fəxri kürsüyə qalxıb.
Offsideplus.az xəbər verir ki, Misirin paytaxtı Qahirədə keçirilən turnirdə idmançımız bürünc medal qazanıb.
O, 68 kq çəki dərəcəsində uğurlu çıxış edib.
Asiman Qurbanlı (84 kq) isə bürünc medal qarşılaşmasında uduzaraq, yekunda 5-ci yeri tutub.



