Bolqarıstanın paytaxtı Sofiyada 27-31 avqust tarixlərində cüdo üzrə dünya çempionatı keçiriləcək.
Offsideplus.az xəbər verir ki, turnirdə Azərbaycanı 15 idmançı (8 oğlan, 7 qız) təmsil edəcək.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Turnirin son günündə idmançılarımız qarışıq komanda yarışında mübarizə aparacaq.
Yığmamızın heyəti belədir:
Qızlar: -44 kq Gülşən Hüseynova Xədicə Abdullayeva -48 kq Nərmin Ağamirzəzadə Leyla Ələkbərova -52 kq Aysun Məmmədova -57 kq Səmayə Yusifli -70 kq Məsumə Məmmədli Oğlanlar -50 kq Anar Quliyev Rza Xəlilli -55 kq Rəsul Əlizadə Məhəmmədəli Hüsiyev -60 kq Zeyd Ələsgərov Röyal Qayıbov -73 kq Məhəmməd Ağakişiyev +90 kq Sübhan Axundov Qarışıq komanda yarışı -81 kq Amin Mehdiyev