Araz Musayevi bıçaqlayan 5 nəfər saxlanılıb.
Offsideplus.az "Teleqraf"a istinadən xəbər verir ki, onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdülrəhimov da var.
Xəbərdə verilən məlumata görə saxlanılardan üçü özbək, ikisi isə Azərbaycan vətəndaşıdır. Onlar qaçmaq istəsələr də, Antalya hava limanında saxlanılıblar.
Qeyd edək ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev mayın 28-də Antalyada keçirilən dünya çempionatı zamanı iki nəfərin hücumuna məruz qalıb. Onun hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.