Fullkontakt kyokuşin karate üzrə II Avropa Kubokunda iştirak edəcək Azərbaycan millisinin üzvləri Belçikanın Antiverpen şəhərinə yollanıblar.
Offsideplus.az xəbər verir ki, yığma turnirdə baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında 8 idmançı ilə mübarizə aparacaq.
Avropa Kubokunda ilk üç yeri tutmuş karateçilər fullkontakt kyokuşin karate üzrə dünya çempionatına lisenziya qazanacaq. Millimiz yarışa Azərbaycan Karate Federasiyasının kontakt karate üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında yollanıb.
Xatırladaq ki, turnir noyabrın 23-dən 24-dək davam edəcək.