Yohannes Hösflot Klebo, Milan-Kortina 2026 Qış Olimpiya Oyunlarında özünün 9-cu qızıl medalını qazanıb.
Offsideplus.az xəbər verir ki, norveçli xizəkçi Qış Olimpiadaları tarixinin ən çox qızıl medal qazanan idmançısı olub.
O, bu nəticə ilə əfsanəvi həmyerliləri Ole Einar Börndalen və Byörn Delini geridə qoyaraq mütləq zirvəyə yüksəldi.
Klebo bu tarixi uğura fevralın 15-də keçirilən kişilər arası 4x7,5 km estafet yarışında imza atdı. Norveç komandasının sonuncu üzvü kimi finişə çıxan idmançı rəqiblərinə heç bir şans tanımayıb.
Fransa gümüş, ev sahibi İtaliya isə bürünc medala sahib oldu.
O, 2018-ci ildə 3, 4 il sonra 2, cari olimpiadada isə 4 qızıl medal əldə edib.
Klebo Milan-Kortina 2026-da klassik Sprint, skiatlon (20 km), 10 km İnterval Start, estafet növlərində ən güclü olub.
"Bu anı yaşamaq inanılmazdır. Mən bura rekord qırmaq üçün gəlmişdim və komandamla buna nail olduğum üçün xoşbəxtəm" — Yohannes Klebo rekorddan dərhal sonra bunları deyib.


