Qadın həndbolçulardan ibarət "Kür" klubunda ayrılıq yaşanıb.

Offsideplus.az xəbər verir ki, Sara Piraniç komandanı tərk edib.

Monteneqrolu həndbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

S. Piraniç 2024-cü ilin avqustundan Mingəçevir təmsilçisində çıxış edirdi.