İtaliyada keçirilən Qış Olimpiya Oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, iki gündür hokkey üzrə mübarizəyə start verilib.
Ötən gün İsveçrə Fransadan üstün olub (4:0), Çexiya Kanadaya məğlub olub (0:5), Almaniya Danimarkaya qalib gəlib (3:1), ABŞ isə Latviyanı məğlub edib (5:1).
2014-cü ildən bəri ilk dəfədir ki, NHL (Milli Xokkey Liqası) oyunçuları turnirdə çıxış edirlər. Rusiya yığması yarışa buraxılmayıb, onları Fransa əvəzləyib.


