Şahmat üzrə Azərbaycan çempionatında mübarizə davam edir.
Offsideplus.az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iki partiyanın yekununda 1/4 finala vəsiqə qazanan ilk şahmatçılar məlum olub..
Kişilərin yarışında Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı növbəti mərhələyə yüksəliblər. Rauf Məmmədov – Şiroğlan Talıbov və Xaqan Əhməd – Nicat Abasov cütlüklərində isə qaliblər bu gün keçiriləcək tay-brek partiyalarından sonra müəyyən olunacaq.
Qadın şahmatçıların mübarizəsində Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova 1/4 final mərhələsinə adlayıblar. Gövhər Beydullayeva – Nərmin Abdinova qarşılaşmasında növbəti mərhələ iştirakçısının taleyinə tay-brekdə aydınlıq gələcək.
Qeyd edək ki, fevralın 22-dək davam edəcək çempionatda partiyalar hər gün saat 15:00-da başlayır.



