İtaliyanın Milan və Kortina-d’Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında mübarizə aparan fiqurlu konkisürənimiz Vladimir Litvintsev sabah yarışlara start verir.
Offsideplus.az xəbər verir ki, Şef-de-mission Anar Bağırovun məlumatına görə, idmançımız sabah Bakı vaxtı ilə saat 18:30-da qısa proqramla buz üzərinə çıxacaq.
Gündə iki dəfə məşq edərək yarışa tam hazır olduğunu bildirən Litvintsev, fevralın 13-də sərbəst proqramda da qüvvəsini sınayacaq.
Digər təmsilçimiz Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyi yarışlarında ölkəmizi təmsil edəcək.


