Ötən gecə "Levi's Stadium"da baş tutan Super Bowl LX (60) idman dünyasının mərkəzində idi.

Offsideplus.az xəbər verir ki, gərgin keçən final qarşılaşmasında Seattle Seahawks komandası New England Patriots üzərində 29-13 hesablı inamlı qələbə qazanaraq öz tarixində ikinci dəfə Super Bowl kubokunu başı üzərinə qaldırdı.

MVP (Ən Dəyərli Oyunçu) "Seahawks"un qaçışçısı (running back) Kenneth Walker III seçilib.

"Seahawks"un kikeri Jason Myers oyunda 5 "field goal" vuraraq həm Super Bowl rekordu qırdı, həm də bir mövsümdə 200 xal baryerini keçən ilk oyunçu kimi tarixə düşdü.

Hər il olduğu kimi, builki fasilə şousu da böyük maraqla qarşılandı. Latın Amerikasının super ulduzu Bed Banni səhnənin əsas qonağı idi.

Ondan başqa Ledi Qaqa, Rikki Martin, Kardi B və Pedro Paskal kimi məşhur simalar da səhnədə olub.

Qeyd edək ki, qalib komanda bu gün ənənəvi olaraq Kaliforniyadakı Disneyland kurortunda çempionluq paradına qatılacaq.