Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.

Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq.