"Avstraliya Open" turnirində mübarizə davam edir.

Offsideplus.az xəbər verir ki, son iki ildir burada çempion olan Yannik Sinner amerikalı Eliot Spitsirrini məğlub edərək 4-cü tura yüksəlib - 4:6, 6:3, 6:4, 6:4.

İtaliyalının növbəti mərhələdəki rəqibi həmyerlisi Luçano Darderi olacaq.

Avstraliyada 10 dəfə çempionluq sevinci yaşayan 38 yaşlı Novak Cokoviç 3-cü turda niderlandlı Botik van de Zandeşulpla üz-üzə gəlib.

Novak rəbiqinə set vermədən qələbə qazanıb - 6:3, 6:4, 7:6 (4).

Qadınlarda dünya 2 nömrəsi İqa Şyvontek də yoluna davam edir. O, Anna Kalinskaya ilə görüşdən qələbə ilə ayrılıb - 6:1, 1:6, 6:1.